Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib.
Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil/APA.
***
Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün evə buraxılıb.
Onun vəziyyəti qənaətbəxş olub.
Qeyd edək ki, X. Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R. Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir/APA.
***
Aparıcı Xose Bernardo və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.
Hüquq-mühafizə orqanlarından Modern.az-a verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1985-ci il təvəllüdlü A. Hüseynov Pirallahı RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.