Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz atasının vəziyyəti ilə bağlı acı xəbəri paylaşıb.
Mia.az xəbər verir ki, o, atasının səhhəti ilə bağlı Türkiyə həkimlərinin rəyini açıqlayıb:
"Təəssüflər olsun... Türkiyə həkimləri atam Oqtay Güləliyevlə bağlı etdikləri (KT) müayinənin cavablarını açıqladılar.
Həkimin dediyinə görə, atamın beyın hüceyrələrindən 3-ü sıradan çıxıb. Bərpası mümkün olmayacaq. İndidən sonra atam ancaq bu vəziyyətdə yaşayacaq. Ancaq gözü ilə həyata baxacaq".
Təbriz Gülalıyev bildirib ki, atasının komadan nə vaxt çıxacağı da bəlli deyil:
"6 ayamı, 3 iləmi? Bunu da heç kim bilmir...".
Qeyd edək ki, Oqtay Gülalıyev Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi təyyarə ilə Türkiyəyə aparılıb, orada müalicə olunur.