Bildiyiniz kimi, Bakı-Yalama-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarları uzun illərdir fəaliyyət göstərir.
Bu qatardan çoxlu sayda insan istifadə edirdi.Sovetdən qalan qatarlar olsa da hər gün bu marşrut ilə 2 dənə qatar işləyirdi (səhər və günorta və axşam qrafiki ilə)və bu qatarlar onların keçdiyi ərazilərdə yaşayanların nəqıliyyata olan tələbatını pis-yaxşı təmin edirdi.Ancaq 6-7 il əvvəl ,həmin 4 vaqonlu qatarlar ləğv edildi,bir müddət deyəsən sırf yalnız dəmiryolçular üçün fəaliyyət göstərirdi.
Sonradan sərnişinlərin çoxsaylı arzu və təklifləri nəzərə alınaraq həmin istiqamətdə qatarların hərəkəri yenidən bərpa olundu. Amma gündə cəmi bir dəfə.
Belə ki, hal-hazırda Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20-00-da Bakı sərnişin stansiyasından yola düşür, saat 01-10-da Yalama stansiyasına çatan qatar, 03-30-da Yalama stansiyasından geri qayıdır.
Düzdür, hal-hazırda işləyən bu qatar 6 vaqonludur və daha müasir, rahat və yenidir, amma sərnişinlərin tələbatını tam ödəyə bilmir.
Belə ki, qatarın keçdiyi Keşlə, Biləcəri, Xırdalan, Güzdək,Sumqayıt, Yaşma,Giləzi, Siyəzən, Şabran, Xaçmaz, Yalama və sairə yaşayış yerlərində, ara stansiyalarda kifayət qədər əhali yaşayır ki,onların əksəriyyəti aztəminatlıdır. Əgər sərnişinlər əvvəl ara məsafədən asılı olaraq 1-3 manata rahat və qənaət edərək bu qatarla gedib-gəlirdilərsə, indi məcbur olun avtobuslara 3-6 manat xərcləyirlər. Yəni bu maştrutla gündə 2, hətta 3 qatarın günün müxtəlif saatlarında işləməsinə ehtiyac var. Bu sərnişinlər üçün həm sərfəli, həm də rahat olardı.
Bu səbəbdən adışəkilən və çəkilməyən ərazilərdə yaşayan bir qrup sakin mətbuat vasitəsilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan xahiş edir ki, yenidən onların çoxsaylı arzu və təklifləri nəzərə alaraq Bakı-Yalama-Bakı maştrutuilə hərəkət edən elektrik qatarlarının sayı ən azı 2 dəfə artırılsın ki,onların nisbətən ucuz nəqliyyata olan tələbatı tam ödənilsin və onlar əziyyət və artıq xərc çəkmədən bu qatarlardan istifadə edə bilsinlər.
Baxmayaraq ki, dəmir yolçular ödənişsiz gedir bu qatarlarda,ən azından bu qatarlardan elə çoxlu sayda dəmiryolçular istifadə etmək imkanınından məhrum olub.
Mia.az