Bakıda keçmiş məhkumda narkotik vasitə aşkarlanıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcəbədi rayon sakini, 1990-cı il təvəllüdlü N.Tağıyev saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman 1.630 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.