NİDA təşkilatının fəalı İlkin Rüstəmzadə Dövlət İqtisad Universitetinə (UNEC)  30 dəqiqəyə bərpa olunub.

Mia.az xəbər verir ki, bu barədə o, Feysbuk-dakı səhifəsində yazıb.

Bildirib ki, zəng edib, onu universitetə dəvət ediblər: 

"Dostlar, indicə universitetdən çıxdım. Bir az əvvəl məni zəng edib, dəvət etmişdilər. Mənə bildirdilər ki, Təhsil Nazirliyinin məktubu ilə bağlı məsələdə anlaşmazlıq olub. 

Şəxsiyyət vəsiqəmi alıb yarım saat ərzində bütün texniki prosedurları həll etdilər və universitetə bərpa olunmağımla bağlı əmr imzalandı. Artıq yenidən İqtisad Universitetinin tələbəsiyəm. Düzdür, yenə ödənişli olacaq, amma olsun. 

Yazan, paylaşan hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, İlkin Rüstəmzadə 2013-cü ildə həbs edildiyinə görə universitetdən xaric olunub. O, bu ilin mart ayında Prezident tərəfindən əfv edilib.