Bakıda bədbəxt hadisə baş verib.
Hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib/Report.