UEFA prezidenti Mişel Platini Türkiyənin "Fənərbaxça" klubunun avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib.
"TRTSpor"a
danışan Platini verdikləri qərarın düzgün olduğunu bildirib:
"UEFA
olaraq danışılmış oyunlarla bağlı böyük mübarizə aparırıq.
"Fənərbaxça" ilə bağlı Türkiyədən gələn bütün sənədlər, sübutlar
əlimizə keçdi. Bu sənədləri də ən xırda detalına qədər araşdırdıq. Bundan sonra
"Fənərbaxça"nın cəzalanması haqda qərar verdik.
"Fənərbaxça"ya qarşı heç bir qəsdimiz ola bilməz. Rüşvətə güzəşt
yoxdur. Bu mənada futbolçuların üzərinə də böyük yük düşür. Belə ki, heç bir
futbolçu bu danışılmış oyunlarda iştirak etməməlidir. Əgər bu baş verərsə,
onların karyeraları erkən bitə bilər".
Qeyd edək
ki, danışılmış oyunlarda iştirakı sübuta yetirilmiş "Fənərbaxça"
klubu iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb.