"Qarabağ Azərbaycandır” şüarı altında təsis olunan "Qarabağ” döyüş növləri klubunda təyinat olub.
Bu barədə Mia.az-a açıqlamasında klubun prezidenti Akşin Hüseynov məlumat verib.
Bildirib ki, "Qarabağ” döyüş növləri klubunun birinci vitse-prezidenti postuna Nübar Abbaslı gətirilib.
Qeyd edək ki, bu təyinata qədər Nübar Abbaslı WKC növləri üzrə Azərbaycan Karate-Do Federasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.