"Oyuna
qələbə əzmi ilə çıxmışdıq, lakin yaxşı başlamadıq. İlk qoldan sonra komandada
ruh düşkünlüyü yarandı. Rəqib ikinci qolu çox asanlıqla vurdu". Qol vurmaq
şanslarımız çox olsa da, fərqlənə bilmədik”.
Bunu "Xəzər Lənkəran" klubunun
baş məşqçisi Con Toşak 5-ci turda "Qəbələ" ilə oyundan (0:2) sonra
deyib.
Təcrübəli
mütəxəssis bu məğlubiyyətin onlar üçün çox ağır olduqlarını bildirib:
"Məsuliyyəti öz üzərimə götürürəm. Mənə hələ də qələbə qazanmağa qadir
komanda yaratmaq nəsib olmayıb. Çoxlu yeni futbolçumuz var. Onlara uyğunlaşmaq
üçün vaxt lazımdı. Daha çox işləməliyik”.