«Neftçi» darmadağın
oldu, «Xəzər» seriyanı pozmadı
Toşak uğursuzluğun qarşısını ala bilmir
Dünən Topaz Premyer Liqanın V turunda "Sumqayıt"
"Rəvan"ı qəbul edib. Matçın 50-ci dəqiqəsində hesabı
açan "Rəvan" mövsümdə ilk xalını qazanıb - 1:0.
Günün ikinci qarşılaşmasında son iki oyunda məğlub olan "Qəbələ"
uğursuzluq zolağından çıxa bilməyən "Xəzər Lənkəran"ı öz meydanında
sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən "Qəbələ" mövsümdə
üçüncü qələbəsini qazanıb. Bu məğlubiyyət isə onu göstərir ki, hətta təcrübəli baş məşqçi də cənub komandasına «məlhəm» ola bilmir.
Daha bir görüşdə
isə "Bakı" "Neftçi"ni qəbul edib. Paytaxt derbisi 3:0 hesabı
ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Flaqmanın darmadağın
olduğu qarşılaşmada qolları Rauf Əliyev (11), Əfran İsmayılov
(32), Mario Alvares (69) vurublar.
Tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq:
20:00."Qarabağ”
– AZAL
20:00."İnter”
– "Simurq”