Xaçmazda keçmiş məhkum avtomobil qaçırıb.
DİN-nin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində F.Quliyevə məxsus "Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Rəsulov saxlanılıb və o, hadisəni törətməsini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.