Bakı şəhər sakini olan qadını hədələyib, 1000 manat pul tələb etməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini olan qadını hədələyib 1000 manat pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini E.Quliyev saxlanılıb.