Biləsuvar rayonunda qadında külli miqdarda narkotik aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini G.Abbasovadan 1 kiloqramdan artıq heroin və 810 qram metamfetamin aşkar edilərək götürülüb.