Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Bu barədə Mia.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Xətai Rayon Polis İdarəsi (RPİ) 34-cü Polis Şöbəsinə (PB) müraciət edən Bakı şəhər sakini S.Zülfüqarov sentyabrın 17-də onu hədələyən şəxsin 2000 manat verməsini tələb etməsini bildirib.
Müraciətlə əlaqədar keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Xətai RPİ tərəfindən araşdırma aparılır.