Hər bir abunəçisinin tələbinə xüsusi diqqət yetirən "Nar” müştərilərə fərdi yanaşmanı yüksək səviyyədə təmin edir. 

Şirkətdən Mia.az-a verilən məlumata görə, təqdim etdiyi məhsullar, yüksək sürətli şəbəkə ilə yanaşı, mobil operator istifadəçilərinə müxtəlif platformalar vasitəsilə keyfiyyətli müştəri xidməti göstərməkdədir. 6 ay ərzində 777 Cağrı Mərkəzinə 4.2 milyon zəng daxil olub ki, onlara ortalama 23 saniyə ərzində cavab verilib. "Nar”-ın yüksək keyfiyyətli xidməti nəticəsində Cağrı Mərkəzinə zəng etmiş abunəçilərin 89%-i onlara göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib. 

2019-cu ilin ilk 6 ayı ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə isə 115 mindən çox müraciət daxil olub. Daxil olmuş müraciətlərin 95%-i "Nar"ın sosial media komandası tərəfindən 1 dəqiqə ərzində cavablandırılıb.

Müştəri yönümlü strategiyasının davamı olaraq təqdim edilən və müştəri xidməti funksiyasını reallaşdıran "Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.

Abunəçilərinin etibarlı tərəfdaşı kimi "Nar”-ın həyata keçirdiyi müştəri yönümlü strategiyası müştəri məmnuniyyətinin artımına da səbəb olub. Abunəçilərinə göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq "Nar” mobil operatorlar arasında müştəri loyallığı indeksi üzrə birinci olub.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.