Yevlax rayonunun Xanabad kəndində baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.
Məlumata görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.
Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu(1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).
Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub.
Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur/Report.