"Real"ın futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni yeniləyib.

Bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb. 

Portuqaliyalı hücumçu ilə müqavilənin müddətinin 2018-ci ilə qədər uzadıldığı bildirilib. Xəbərdə həmçinin futbolçunun illik 17 milyon avro qazanacağı qeyd olunub. Ronaldonun təzminat qiymətinin isə 1 milyard avro olduğu iddia edilib.

"Real"ın bu barədə rəsmi açıqlamanı avqustun 17-i Qaret Beylin transferi ilə birgə verəyəcəyi gözlənilir(qol.az).