Hollandiya milli komandasına dəvət edilməyən «Qalatasaray» Snayderə həmyerlisi, milli komandanın keçmiş ulduzu Vim Kyeftdən ağır ittiham gəldi.

 O, milliyə çağrılmayan Snayderə günahın özündə olduğunu deyib: "Snayder Türkiyədə gözdən uzaqdadır. Türkiyə liqi kimi alt bir liqada oynamaqla, Hollandiyanın kapitanı olmaya davam etmək mümkün deyil. O, pul üçün Türkiyəyə gedərkən, bunun fərqindəydi. İndi ağlamaması gərəkdir”.