Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun Avstriyada keçiriləcək. Burada yerli "Austriya” (Zalsburq) klubu "Fənərbaxça”nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Digər oyunlarda APOEL (Kipr) "Maribor”u (Sloveniya), "Molde” (Norveç) Legiya”ı (Polşa), "Ludoqorets” (Bolqarıstan) "Partizan”ı (Serbiya), "Seltik” (Şotlandiya) isə "Elfsborq”u (İsveç) sınağa çəkəcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin cavab oyunları avqustun 6-7-də keçiriləcək.