"İnter" “Tromse”ni uddu, amma "konkurs"a düşdü
Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı klub turnirində mübarizə aparan təmsilçimiz "İnter” doğma publika önündə "Tromse”dən revanş almağa cəhd edib.
Belə ki, "bankirlər” Norveçdə qapısından buraxdıqları 2 cavabsız topun əvəzini çıxmaq üçün mübarizə aparıb. Lakin Kaxaber Sxadadzenin yetirmələri vəzifənin yalnız yarısının öhdəsindən gəlib.
Baş məşqçinin oğlu Baçananın vurduğu top bakılılara minimal hesablı qələbə qazandırıb. Lakin bu qələbə təsəllidən başqa bir şey olmayıb. Təmsilçimiz yalnız reytinq xalı qazanıb. Mərhələ keçmək baxımından isə bu qələbə faydasız olub.
Qeyd edək ki, "İnter” I təsnifat mərhələsində Finlandiya "Mariehamn”ını turnirdən uzaqlaşdırdı - 1:1, 0:2.
"İnter” (AZƏRBAYCAN) – "Tromse” (Norveç) - 1:0
Baçana Sxadadze, 76
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11