Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Mia.az-ın məlumatına görə, Bakıda keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gələn "Qarabağ” səfərdə Polşanın "Piast” klubunun qonağı olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.

Onu da xatırladaq ki, Azərbaycan klubu mərhələni keçəcəyi halda növbəti mərhələdə "Anortosis” (Kipr) – "Qefle” (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.