Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu olub.
Mia.az 7NEWS.az-a istinadla xəbər verir ki, S.Seyidovun şəxsi profilində paylaşdığı görüntüləri incələsək, asan şəkildə onun milyonlarlara sahib olduğunu müşahidə edə bilərik.
Bahalı avtomobillər, bahalı hədiyyələr, eyş-işrət, bar həyatı paylaşılan fotolarda açıq-aydın görünür.
O da aydın görünür ki, başçının oğlunun sürdüyü maşının qiyməti 300 min manatı aşır...
Maraqlıdır, 1500 manat civarında maaş alan icra başçısı oğluna belə dəbdəbəli həyatı necı bəxş edib:



