Bakıda nəvə babasının evindən oğurluq edib.
DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Xətai Rolis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb.