Bərdə rayonunda zəncirvari yol qəzası baş verib.

Hadisə rayonun Yeni Bakı küçəsində qeydə alınıb.

Belə ki, 3 "VAZ-2107" markalı avtomobil və 1 "VAZ-21015" markalı minik avtomobili toqquşub. 

Hadisə zamanı sürücülərdən ikisinin yüngül dərəcəli xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.