Bakıda "Bakcell” Müştəri Xidmətlərinin ofisində müştəri döyülüb.
Mia.az Report-a istinadla xəbər verir ki, hadisə "Bakcell”in Nəsimi rayonu ərazisində yerləşən ofisində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Kamil Hüseynov rayonun Asif Məhərrəmov küçəsi 68 ünvanında yerləşən "Bakcell” Müştəri Xidmətlərinin ofisinə müraciət edib. K.Hüseynov ofisdə həmin şirkətin əməkdaşları ilə mübahisə edib. Nəticədə o, "Bakcell”in əməkdaşları - Elçin və Tural adlı şəxslər tərəfindən döyülüb.
K.Hüseynov bu barədə Nəsimi Rayon Polis İdarəsinə (RPİ) şikayət edib.
Faktla bağlı Nəsimi RPİ əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
"Bakcell” şirkətindən Mia.az-a bildirilib ki, qeyd olunan hal ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır: "Həmin araşdırmaların nəticələri əsasında insidentin iştirakçılarının əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək. Qeyd olunan hal ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır: Həmin araşdırmaların nəticələri əsasında insidentin iştirakçılarının əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək".