Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Niva" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində sərnişin, 1989-cu il təvəllüdlü Elvin Rasim oğlu Heydərov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır/Report.