Goranboyda ana doğuş zamanı ölüb. 

Mia.az APA-ya istinadən xəbər verir ki, hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində baş verib.

1997-ci il təvəllüdlü, rayon sakini Quliyeva Əfsanə Əfqan qızı doğuş zamanı həyatını itirib. Doğuş zamanı Ə. Quliyevanın qız övladı dünyaya gəlib.

Ana ölümünün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.