Bakıda vətəndaş banka 200 avroluq saxta əskinas verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əskinas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.
Araşdırma aparılır.