Saatlı şəhər sakini saxladığı silah-sursatı könüllü olaraq polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Saatlı şəhər sakini İ.Əzizov "AKS-74U” markalı silahı, 4 ədəd patron darağını və 688 ədəd müxtəlif çaplı patronu könüllü olaraq Saatlı Rayon Polis Şöbəsinə təhvil verib