Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin zabit və gizirləri üçün əsaslı təmir edilmiş yaşayış binasının istifadəyə verilməsinə həsr olunmuş mərasimdə maraqlı anlar yaşanıb.

Mia.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov hərbi qulluqçulara verilən mənzillərə baxıb, onlarla həmsöhbət olub.

General-polkovnik Vilayət Eyvazovun qonaq olduğu mənzillərdən birində Daxili Qoşunların əməkdaşının azyaşlı oğlu nazirə "Üç rənqli bayraq” şeirini söyləyib:

Bu üçrəngli bayrağım 

Gözümün işığıdır. 

Azadlıq yağışından 

Doğan göy qurşağıdır. 

Üstündəki ay-ulduz 

Gəlir mənim xoşuma. 

Ay üzüyə bənzəyir, 

Ulduz onun qaşına. 

Üçrəngli bayraq bizə 

Təsəllidir, dayaqdır, 

Yolumuzun üstünə 

İşıq saçan mayakdır.

Daxili İşlər naziri "Ay maşallah” deyərək, balacaya təşəkkür edib.