Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək Ağdam rayonunun bir neçə kənd və qəsəbəsində qaz təchizatı dayandırılıb.
"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xətti üzərində quraşdırılmış siyirtmənin araqatının dəyişdirilməsi işləri aparılacaq.
Bundan başqa paytaxtda- Bakının Səbail rayonunda saat 12.00-dan 16.00-dək bir qrup abonentin qaz təchizatında fasilə yaranacaq. Bu zaman dövlət yoxlamasından keçirilmiş yeni qurğular əvəzlənəcək, metroloji göstəricilər təftiş olunacaq.