Bu gün Qubadlı şəhidlərinin xatirəsi Şəhidlər Xiyabanında anılıb.
Mia.az xatırladıq ki, bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür.
Bununla bağlı Azərvaycan xalqı, həmçinin qubadlılar Şəhidlər Xiyabanına axın ediblər.
Şəhidlərimizi ziyarət edən, onların ruhuna dua oxuyanlar arasında Qubadlı idman klubunun rəhbərliyi və çoxsaylı üzvləri də olub.
Qubadlı idman klubunun prezidenti Akşin Hüseynov Mia.az-a deyib ki, rəhbərlik etdiyi idman klubunun məşqçi və tələbə heyəti ilə şəhidlər xiyabanını ziyarət etmək onlar üçün böyük şərəfdir: "Eyni zamanda, biz düşünürük ki, yetişən gənc öz şəhidini tanımalıdır. Biz bunu özümüzə borc bilirik və əminəm ki, inşaallah bir gün şəhidlərimizin intiqamı alaraq, öz torpaqlarımıza qayıdacağıq".