Bu gün Xaçmaz və Şəmkir rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandılıb.
"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, qaz kəmərlərində aşkar olunmuş sızmaların aradan qaldırılması və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 09:00-dan etibarən Xaçmaz rayonunun həmçinin, saat 10:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsinin təbii qaz təchizatı dayandırılıb.