Bakıda ofisdən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, avqustun 25-də Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.