Məktəbəqədər hazırlıq qruplarında dərs deyən müəllimlər üçün təlimlər nəzərdə tutulub.

Bunu məktəbəhazırlıq qruplarına sənəd qəbulu ilə bağlı mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Firidun Həmzəyev deyib.

O qeyd edib ki, Bakıda artıq bu təlimlərə başlanılıb: "Regionlarda müəllimlər üçün təlimlərə başlanılacaq. Məqsədimiz müəllimlərin təlimlərə maksimum cəlb edilməsidir".

Report