Avqustun 20-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini R.Əhmədovun 70 manat pulunu soyğunçuluq yolu ilə alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şıxəliyev Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.