Abşeron Rayon Polis İdarəsinin əməkdaşları münaqişə zəminində tapançadan havaya atəş açmış E.Əbdülkərmovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə avqustun 19-da Abşeron rayonunun Qobu qəsəbəsində baş verib.
Qəsəbə sakinləri E.Əbdülkərmov ilə N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.
Polis tərəfindən saxlanılan E.Əbdülkərmovdan 1 ədəd "Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.