Azərbaycanda məmur intihar edib.
Mia.az xəbər verir ki, Qax şəhərinin C.Cabbarlı küçəsi,döngə 4, ev 14 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Feyzullayev Musa Feyzulla oğlu yaşadığı evdə özünü asıb.
Yayılan məlumata görə, Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru olan mərhumun meyitini anası səhər saat 6:00 radələrində aşkarlayıb.
Faktla bağlı Qax rayonunun hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.