Şəmkir rayonunda gənc oğlan həmyerlisini bıçaqlayıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 2001-ci il təvəllüdlü Əmir Abdullayev həmyerlisi, 1998-ci il təvəllüdlü Malik Amil oğlu Abdullayevi bıçaqlayıb.Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Ə.Abdullayev isə saxlanılıb. 

Hadisəyə tərəflər arasında pul üstə düşən mübahisə səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.