Bakıda ərəblərin kirayə yaşadığı evə basqın olub.

"Report” xəbər verir ki, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 94-də kirayədə qalan Səudiyyə Ərəbistanı vətəndaşları Alibaba Ali Hasan və Abdulsaeed Mohammad Abdurrahimin qaldıqları evə üç nəfər naməlum şəxs basqın edib. 

Həmin şəxslər turistlərin əl-qolunu bağlayaraq 1 500 manat pullarını və mobil telefonlarını əllərindən alıb, daha sonra hadisə yerini tərk ediblər.

Hadisə ilə bağlı araşdırmalar aparılır.