Əsən güclü külək paytaxtın Səbail rayonunda Filarmoniyanın yaxınlığında ağacın budağını qırıb. 

Mia.az xəbər verir ki, budaq 20 yaşlı qızın üzərinə düşüb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan qız Kliniki Tibbi Mərkəzə çatdırılıb. 

Məlumata görə, qadın hamilədir və vəziyyəti hazırda  orta ağırdır.