Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində qazıntı işləri aparan şirkət "Ərçivan” qaz paylayıcı stansiyasından (QPS) qidalanan orta təzyiqli qaz xəttini zədələyib.

"Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a verilən məlumata görə, bu, 1 qəsəbə və 8 kəndin qaz təchizatının dayandırılmasına səbəb olub.