Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Üçtəpə ərazisi ilə hərəkətdə olan "Qazel" markalı yük maşını "Niva" ilə toqquşub.

Zərbənin gücündən "Niva" körpüdən aşıb. Qəza nəticəsində minik maşınında olan 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır/Report.