Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü və 4-cü mərtəbələri arasında 0,5 m2 sahədə alkopandan ibarət üzlük yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.