Lənkəran şəhərində işıqforun qrımızı işığının tələblərini pozan sürücü qəza törədib.
Hadisə şəhərin Zərifə Əliyeva və Hənifə Abdullayeva küçələrinin kəsişməsində baş verib.
Lənkəran rayonunun Şiləvar kənd sakini, 1953-cü il təvəllüdlü, Ehtiram Mahmud oğlu Axundov idarə etdiyi "VAZ-2107" markalı, 10 KJ 868 dövlət qeydiyyat nişanlı avtomobil "Ford" markalı yük avtomobili ilə toqquşub. Zərbənin gücündən "VAZ" daş hasara, yük avtomobili isə elektrik dirəyinə çırpılıb.
Nəticədə "VAZ"-ın sürücüsü E.Axundov və sərnişini, 1957-ci il təvəllüdlü İntizam Mahmud oğlu Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
E.Mahmudovun vəziyyətinin ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır/Report.