Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.
Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib.
Bununla əlaqədar olaraq saat 13:10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.
Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar, nəticədə 85 abonentin qaz təchizatı dayandırılıb.