Lənkəran rayonunda Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkən diametri 163 mm olan qaz xətti zədələnib.
Bu barədə Mia.az-a "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, nəticədə Şovu, Təngivan, Siyablı kəndlərinin ümumilikdə 350-yə yaxın abonentinin təmir işləri bitənədək qaz təminatı dayandırılıb.