Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report" un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Rayon sakini İxtiyar Xudiyevin idarə etdiyi "ZİL-131” markal yük maşını ilə hərəkətdə olarkən, Nazim Quliyevin idarə etdiyi "KİA” markalı avtomobillə toqquşub.
Nəticədə "KİA”-nın sürücüsü və avtomobildə olan 2 qadın sərnişin ağır xəsarət alıb. Yaralılar "təcili yardım" avtomobili ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirilir.
Faktla bağlı araşdırma aparılır.