Səhiyyə Nazirliyi Şəki Xan Sarayının həyətində baş verən bədbəxt hadisədə yaralananların vəziyyəti ilə bağlı açıqlama yayıb.
Nazirlikdən Mia.az-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir: "1 saylı Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırlıqdadır".
Xatırladaq ki, hadisədə yaralananlardan biri dünən vəfat edib.