Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri vəfat edib.

Səhiyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Xan Sarayı qarşısındakı 500 yaşlı Xan Çinarın iri budağının qırılaraq yerə düşməsi nəticəsində ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq, Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.